Kölgə interfeysdə dərinlik yaratmağın ən asan, amma ən ucuz yoludur. Bir neçə qat box-shadow əlavə edən kimi səhifə "yumşalır" — və eyni anda bulanıqlaşır.
Kölgə işığı simulyasiya edir. Tünd interfeysdə isə arxa fon artıq qaradır: qara üzərində qara kölgə heç nə demir. Nəticədə dizayner kölgəni getdikcə güclendirir, interfeys isə çirkli görünür.
Bunun əvəzinə səthləri ton ilə ayırırıq:
Hər pillə arasında fərq kiçikdir, lakin ardıcıldır. Göz bu ardıcıllığı dərhal oxuyur.
İkinci alət — sərhəddir. 1px sərhəd bir kartı fondan kölgədən daha dəqiq ayırır və heç bir bulanıqlıq yaratmır. Hover zamanı sərhədin rəngini bir ton artırmaq kifayətdir.
Kölgəni tamamilə rədd etmirik — sadəcə onu son çarə kimi saxlayırıq. Modal və dropdown kimi həqiqətən "üzən" elementlər üçün. Qalan hər şey ton və sərhədlə həll olunur.
Bakıda yerləşən rəqəmsal agentlik — vebsayt, sosial media və rəqəmsal həllər.
Bütün yazılara baxHər layihəyə eyni dəqiqliklə yanaşırıq. Üzərində işlədiyiniz layihədən danışın.